Eltun Turabov oynamadı, "Biliş" liderliyə yüksəldi

10:54 - 24 Oktyabr 2019

Albaniya çempionatında 9-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi “Biliş” evdə “Tirana”ya 3:1 hesabı ilə qalib gəlib.

 

Zədəsini sağaldan Eltun ehtiyat oyunçular skamyasında olub. Onun gələn turlarda oynayacağı gözlənilir.

 

“Biliş” 16 xalla turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.

Xəbər xətti