Azarkeşlər UEFA-nın saytında səs verir: "Qarabağ", yoxsa APOEL? - FOTO

11:53 - 24 Oktyabr 2019

Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ” APOEL-i qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında sorğu keçirilir. “Qarabağ” – APOEL matçı ilə bağlı keçirilən səsvermədə Azərbaycan klubunun qalib gələcəyini düşünənlər daha çoxdur.

 

71,3 faiz respondent “Qarabağ”ın qalib gələcəyini düşünür. Matçın heç-heçə başa çatacağına inanlar 9,26 faizdir. APOEL-in Bakıda qələbə qazanacağına 19,44 faiz azarkeş səs verib.

 

Səsvermə oyun başlayanda başa çatır.

 

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – APOEL oyunu saat 20:55-də başlayacaq.

 

Xəbər xətti