“Qarabağ”da Xayme Romero şoku

18:51 - 24 Oktyabr 2019

Avropa Liqasının qrup mərhələsinin III turunda APOEL-i qəbul edəcək “Qarabağ”da son dəqiqə şoku yaşanıb.

 

Sportal.az xəbər verir ki, zədəsini sağaldan Xayme Romero yenidən sıradan çıxıb. İspaniyalı yarımmüdafiəçi son məşqdə zədələnib. 29 yaşlı futbolçu Kipr klubu ilə oyunu buraxacaq.

 

Zədəsini sağaldan Mahir Emrelinin start heyətdə yer alacağı gözlənilmir.

 

Abbas Hüseynov, Faysal Rerras və Filip Ozobiç də Nikosiya təmsilçisinə qarşı oynamayacaq.

 

“Qarabağ” – APOEL oyunu saat 20:55-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Xəbər xətti