“Qarabağ”a 190 min avroluq mükafat

00:10 - 25 Oktyabr 2019

Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" Kiprin APOEL klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

 

Sportal.az xəbər verir ki, "Qarabağ" bu nəticəyə görə, UEFA-dan 190 min avro qazanıb.

 

Qrup mərhələsində qalib komandaya isə 570 min avro mükafat verilir. İkinci turda "Düdelanj"a səfərdə 4:1 hesabı ilə qalib gələn ağdamlılar bu məbləği büdcəsinə əlavə etmişdi.

 

Qrup mərhələsini lider tamamlayan klub qrupdakı nəticələrdən əlavə, büdcəsini daha 1 milyon avro ilə zənginləşdirir. Qrup ikincisi isə bu məbləğin yarısını qazanır. 

 

"Qarabağ" bu mövsüm Çempionlar Liqasında 1,14 milyon, Avropa Liqasının qrup mərhələsinə yüksəldiyi üçün 2,92 milyon avro mükafat qazanmışdı. Azərbaycan çempionu qrup mərhələsində üç oyundan sonra büdcəsini daha 760 min avro ilə zənginləşdirib.

 

Avropa Liqasının mükafatları:

 

Qrup mərhələsi: 48 komandanın hər birinə 2,92 milyon avro

Qrupda qələbə: 570 min avro
Qrupda heç-heçə: 190 min avro
Qrupun qalibi: 1 milyon avro
Qrup ikincisi: 500 min avro
1/16 finala vəsiqə: 0,5 milyon avro
1/8 finala vəsiqə: 1,1 milyon avro
1/4 finala vəsiqə: 1,5 milyon avro
1/2 finala vəsiqə: 2,4 milyon avro
Finala vəsiqə: 4,5 milyon avro
Qalib: 4 milyon avro.

Xəbər xətti