Əliyar Ağayev “Espanyol”un kapitanını qovdu – VİDEO

10:36 - 25 Oktyabr 2019

UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, H qrupunda qərarlaşan "Espanyol" Razqradda "Ludoqorets"ə 1:0 hesabı ilə qalib gəlib.

 

Qarşılaşmanı idarə edən azərbaycanlı FIFA referisi Əliyar Ağayev meydan sahiblərinin üç, qonaqların dörd futbolçusuna xəbərdarlıq edib. 32 yaşlı hakim 88-ci dəqiqədə “Espanyol”un kapitanı Xavi Lopesi ikinci sarı vərəqə ilə meydandan qovub.

 

"Ludoqorets" (Bolqarıstan) - "Espanyol" (İspaniya) - 0:1

Qol: Viktor Kampusano, 13

 

 

Xəbər xətti