Skoulz: “Mançester Yunayted” Özili transfer etməlidir”

14:42 - 25 Oktyabr 2019

“Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz “BT Sport”da keçmiş komandasının Avropa Liqasında “Partizan”a qalib gəldiyi oyunu dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, veteran futbolçu “Qırmızı şeytanlar”ın “Arsenal”ın yarımmüdafiəçisi Məsut Özili transfer etməli olduğunu deyib:

 

“Mançester Yunayted”ə komandanı hücumda daha yaxşı oynadacaq Məsut Özil kimi birinə ehtiyacı var. Özil xəttləri bir-birinə bağlayan səviyyəli oyunçudur. Karyerası bunun sübutudur. Özilin “Mançester Yunayted”ə faydası çox olar. Hazırda komandada onun kimi hücumameyilli futbolçu yoxdur. Qısa müddət oynaya bilər, ancaq “Mançester Yunayted”in ehtiyac duyduğu futbolçudur”.

 

31 yaşlı futbolçu bu mövsüm “Arsenal”ın heyətində Premyer Liqada bir oyun keçirib.

Xəbər xətti