"Keşlə" "Qəbələ"yə qalib gəldi, "Sabah" qələbəni əldən verdi - YENİLƏNİB

19:51 - 26 Oktyabr 2019

Bu gün Azərbaycan Premyer Liqasında IX tura start verilib. İlk gündə 2 matç keçirilib.

 

Sportal.az xəbər verir ki, "Sabah" doğma meydanda "Zirə" 2:2 hesablı heç-heçə edib.

 

"Qəbələ"ni qəbul edən "Keşlə" isə 2:1 hesabı ilə qalib gəlib.

 

Turun digər matçları 27-28 oktyabr tarixlərində oynanılacaq.

 

Azərbaycan Premyer Liqası
IX tur

 

26 oktyabr (şənbə)

 

“Keşlə” – “Qəbələ” - 2:1

Qollar: Lorenso Frutos, 1, Sezar Meza Kolli, 42 - Davit Volkov, 58
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Etibar Həsənov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”, 16:00

 

“Sabah” – “Zirə” - 2:2

Qollar: Amadu Diallo, 28, 44Nicat Süleymanov, 23, 88
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəhim Həsənov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bank Respublika Arena”, 18:00

Xəbər xətti