"Mançester Yunayted"dən səfər qələbəsi - VİDEO

00:26 - 28 Oktyabr 2019

İngiltərə Premyer Liqasında 10-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, "Norviç Siti"nin qonağı olan "Mançester Yunayted" 3:1 hesabı ilə qalib gəlib.

 

Premyer Liqada turnir cədvəlinə 28 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" 22 xalla 2-cidir. "Lester Siti" və "Çelsi" 20 xalla 3-4-cü yerləri bölüşür. "Mançester Yunayted" 13 xalla 7-ci, "Norviç Siti" 7 xalla 19-cudur.

 

"Norviç Siti" - "Mançester Yunayted" - 1:3

Qollar: Onel Hernandes, 88 - Skott Maktominey, 21, Markus Reşford, 30, Antoni Marsyal, 73

Qeyri-dəqiq penaltilər: Markus Reşford, 29, Antoni Marsyal, 44

 

Xəbər xətti