0:9 hesablı məğlubiyyətə görə maaşlarından imtina etdilər

14:03 - 28 Oktyabr 2019

İngiltərə Premyer Liqasının X turunda "Lester Siti"yə 0:9 hesabı ilə məğlub olan "Sauthempton"un futbolçuları maaşlarının bir hissəsindən imtina edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "müəqəddəslər"in futbolçuları məvaciblərinin müəyyən hissəsini xeyriyyə fonduna bağışlamaq qərarına gəlib. Klub həmin məbləği yoxsullara kömək edən fonda köçürəcək.

 

"Sauthempton" "tülkülər"ə 0:9 hesabı ilə uduzmaqla tarixinin ən böyük hesablı yenilgisini yaşayıb.

Xəbər xətti