Millidə kubalı baş məşqçi

16:16 - 28 Oktyabr 2019

Kişi boksçulardan ibarət Azərbaycan yığmasında yeni baş məşqçi təyinatı rəsmiləşib.
 

Sportal.az federasiyanın saytına istinadən xəbər verir ki, milli komanda kubalı Umberto Orta Dominqesə həvalə edilib.

 

53 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, bu postda baş məşqçi vəzifəsini icra edən Nəriman Abdullayevi əvəzləyib.

 

Nəriman Abdullayev isə əvvəlki kimi, yenə böyük məşqçi funksiyasını yerinə yetirəcək.

 

Xəbər xətti