Beqoviç Prosineçkini təlxək adlandırdı

17:17 - 31 Oktyabr 2019

Asmir Beqoviç "Qarabağ"da mütəmadi oynasa da, Bosniya və Herseqovina millisinə yenə dəvət almadı.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Robert Prosineçkinin 32 yaşlı qapıçıya dəvət yollamaması ölkə mətbuatında geniş müzakirə edilir.

 

Asmir Beqoviçin atası Amir Beqoviç sosial şəbəkədə sərt sözlər yazanlardan olub: "Bəzi adamlar federasiya prezidentinin köməkliyi ilə Asmiri yığmadan qovdu".

 

Oğlunun yığmaya dəvət almamasına qəzəblənən Amir Beqoviç millinin çalışdırıcısı Robert Prosineçkini təlxək adlandırıb: 

 

"Bu təlxək sadəcə, bir oyuncaqdır".

 

Xəbər xətti