Draqan Mixayloviç: "Qarabağ"la oyunda meydanda ölməliyik"

12:40 - 3 Noyabr 2019

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan APOEL Kipr I Liqasının 8-ci turunda evdə AEK-lə 0:0 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, Nikosiya klubunun yarımmüdafiəçisi Draqan Mixayloviç oyundan sonra fikirlərini bölüşüb:

 

"Ağlımızda hər zaman qalib gəlmək fikri var. Çox epizod yaratdıq, amma dəqiqiliyə ehtiyacımız var. Əgər bir qol vursaydıq, ardı gələcəkdi. Rəqib müdafiədə oynadı. APOEL-ə qarşı hamı 10 nəfərlə müdafiə olunur. Qol vurmaq heç də asan olmur.Belə oynamağa davam etsək, zirvəyə çatacağıq".

 

28 yaşlı serbiyalı futbolçu Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb:

 

"Qalib gəlmək istəyirik. Bu oyunda meydanda ölmək məcburiyyətindəyik. Hər kəsə daha yaxşı komanda olduğumuzu göstərmək istəyirik".

Xəbər xətti