“Qarabağ”la ilk tanışlıq

15:10 - 4 Noyabr 2019

Avropa Liqasının 4-cü turunda keçiriləcək APOEL – “Qarabağ” oyununu avstriyalı FIFA referisi Manuel Şüttenqruber idarə edəcək.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı referi Avropa Kuboklarında ilk dəfə Azərbaycan klubunun oyununu idarə edəcək.

 

2014-cü ildə FIFA referisi adını qazanan Şüttenqruber 46 beynəlxalq oyun idarə edib. O, bu mövsüm Avropa Liqasının təsnifat mərhələlərində 3, qrupunda isə 1 oyunda baş hakim olub.

 

46 beynəlxaq görüşdə Şüttenqruber 6 dəfə 11 metrlik cərimə zərbəsi təyin edib (4-ü ev sahibi, 2-si qonaqlar). Avstriyalı hakim 160 dəfə sarı vərəqə ilə futbolçuları cəzalandırıb (71- ev sahibi, 89-u qonaqlar). Referi 8 dəfə futbolçulara qırmızı vərəqə göstərməli olub (3-ü ev sahibi, 5-i qonaqlar).

 

APOEL – “Qarabağ” oyunu noyabrın 7-si Bakı vaxtı ilə 21:55-də Nikosiyada yerləşən GSP stadionunda baş tutacaq.

Xəbər xətti