"Bayern"in yeni baş məşqçisi kim olacaq?

18:05 - 4 Noyabr 2019

Niko Kovaçı istefaya göndərən Münhen "Bayern"inin yeni baş məşqçisi olmağa namizədlər müəyyənləşib.

 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Münhen klubunun yeni baş məşqçisi sonuncu dəfə "Yuventus"u çalışdırmış Massimilyano Alleqri ola bilər. Onunla yanaşı Arsen Vengerlə Joze Mourinyo da namizədlər siyahısındadır.

 

Klubun idarə heyətinin sədfi Karl-Hayns Rummenige tələsik seçim etməyəcəklərini deyib: "Prezident Uli Hönes, mən və idman direktoru Hasan Salihamdziçlə görüşümüz olacaq. Namizədləri düşünəcəyik. Geniş danışmaq istəmirəm. Namizədlərin adını çəkmək fikrim yoxdur. Növbəti iki oyuna komandanı Hansi Flik çıxaraq. Hazırda ən doğru ad odur".

Xəbər xətti