"Qarabağ" APOEL-lə oyuna azarkeşsiz çıxacaq

11:11 - 5 Noyabr 2019

"Qarabağ" Avropa Liqasının 4-cü turunda Kiprin APOEL klubunun qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, GSP stadionunda keçiriləcək oyuna Ağdam klubu azarkeş aparmayacaq. "Qarabağ" mümkün gərginliyi nəzərə alaraq, bilet almayıb.

 

APOEL - "Qarabağ oyunu noyabrın 7-si Bakı vaxtı ilə 21:55-də baş tutacaq.  

Xəbər xətti