"Traktor" lider olmaq şansını əldən verdi

19:31 - 5 Noyabr 2019

İran çempionatında 10-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Cənubi Azərbaycanın “Traktor” klubu səfərdə "Sepahan"a 0:2 hesabı ilə uduzub və lider olmaq şansından yararlanmayıb.

 

"Traktor" 17 xalla 5-ci pillə qərarlaşıb. Turnir cədvəlinə 22 xalla "Sepahan" başçılıq edir. "Persepolis" 19 xalla 2-ci, "İstiqlal" isə 18 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti