Dani Kintananın durumuna aydınlıq gəldi

16:09 - 9 Noyabr 2019

Avropa Liqasının qrup mərhələsinin IV turunda Kiprin APOEL klubu ilə səfər oyununda zədələnən Dani Kintananın durumuna aydınlıq gəlib.

 

Sportal.az-ın məlumatına görə, ispaniyalı yarımmüdafiəçi ən azı 3 həftə yaşıl meydanlardan kənar qalacaq. 32 yaşlı futbolçunun noyabrın 29-u İspaniyada "Sevilya"ya qarşı keçiriləcək oyuna yetişməmək ehtimalı var.

 

Kintana "Qarabağ"ın APOEL-ə 1:2 hesabı ilə uduzduğu oyunun 15-ci dəqiqəsində zədələndiyi üçün Maqaye Qeye ilə əvəzlənmişdi.

 

Dani qrup mərhələsində 2 qol vurub, 3 assist edib.

Xəbər xətti