Ramil Şeydayev oynadı, "Dinamo" "Rubin"ə qalib gəldi

17:29 - 9 Noyabr 2019

Rusiya Premyer Liqasında 15-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Moskva Dinamosu səfərdə “Rubin”ə 1:0 hesabı ilə qalib gəlib.

 
Ramil 73-cü dəqiqədə meydana daxil olub.

 

"Dinamo" 18 xalla 16 komanda arasında 11-ci pillədə qərarlaşıb.

Xəbər xətti