Zaur Axundov: "Futbolçular özlərini tankın altına atdı" - MÜSAHİBƏ

19:29 - 9 Noyabr 2019

Premyer Liqanın 11-ci turunda "Nefçti"ni 2:1 hesabı ilə məğlub edən "Keşlə"nin Müşahidə Şurasının rəhbəri Zaur Axundov oyundan sonra jurnalistlərə müsahibə verib.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- Komandada istək var idi. Belə nəticə gözləyirdiniz?
- Bəli, futbolçular istəkli idi. Belə gərgin oyun olacağını gözləyirdik. “Neftçi” 2-ci, biz isə 3-cü yerdə idik. Futbol ictimaiyyəti də bu qarşılaşmanı səbirsizliklə gözləyirdi. Komandamı bu qələbə üçün təbrik edirəm. Hesabda geri düşdükdən sonra futbolçular toparlandı və əzmkar, layiqli qələbə qazandılar.
 
- Bu gün “Keşlə” nəyin sayəsində qalib gəldi?
- Ancaq hisslərin. Uşaqlarda o istəyi görürdüm. Necə ifadə edim bilmirəm, futbolçular özlərini tankın altına atdı. “Neftçi” tarixi, titullu komandadır. Bu rəqibə böyük hörmət edirik. Bu gün istək qalib gəldi.
 
- Oyunda komandalar arasındakı gərginliyə münasibətiniz necədir?
- Futbolda olan hadisələrdir. Hamısı oyunda qalır. Gözlənilirdi ki, gərgin anlar olacaq. Yarım saat sonra əsəblər sakitləşəndən sonra hamı bir-biri ilə görüşüb, barışacaq.
 
- “Keşlə” ikinci yerdə gedir. Bu yeri qorumağa heyətiniz yetərli olacaq?
- Heyət qışda güclənməlidir. Baş məşqçi də bunu deyib. Qışda transfer islahatı olacaq. Məşqçilər bununla bağlı çalışacaq. İndi ikinci dövrənin son üç turunu fikirləşərik.
 
- Bu qələbə ilə iddianızı ortaya qoydunuz?
- Mən daha öncəki müsahibəmdə də bildirmişdim ki, ilk 3 yerdən birində qərarlaşmaq, Avropa Liqasına yollanmaq istəyirik. Bu qələbə vacib idi. Maya çox qalıb, futbolda hər şey ola bilər. Üzərində işləməli olduğumuz məqamlar var idi, onlar da aradan qalxdı.
 
- Çempionluq uğrunda mübarizəyə qoşula bilərsiniz?
- Xeyr, hələ bu barədə düşünmürük (gülür). Heç ağlımdan da keçmir, məni düzgün başa düşün. Qələbələrimizi davam etdirək və yerimizi qoruyaq.
 
- Futzal millimiz DÇ-2022-nin elit mərhələsindəki qrupunu necə dəyərləndirirsiniz?
- Ağır olacaq. Baş məşqçi Alesio Silva ilə görüşmüşəm. İstəyirik ki, ölkəmizi yenə dünya çempionatında təmsil edək. Hazırlıq gedək.
 
- İddialara görə, böyük futbola gəlişinizdən sonra futzala qayğı göstərmirisiniz.
- Tamamilə yalan fikirlərdir. Futbola futzalla gəlmişəm. Futzalı böyük futboldan az istəmirəm. Futzal həmişə qəlbimdədir. Belə xəbərlərə inanmayın.
 
- Bu qələbəyə görə “Keşlə” futbolçuları mükafatlandırılacaq?
- Danışmışdım ki, yaxşı nəticə olsa, mükafatınız olacaq.

Xəbər xətti