"Sumqayıt" "Sabah"a qalib gəldi, "Qarabağ" "Zirə" ilə heç-heçə etdi - YENİLƏNİB

20:55 - 10 Noyabr 2019

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulub. Son oyun günündə iki qarşılaşma keçirilib.

 

Sportal.az xəbər verir ki, "Sabah" evdə "Sumqayıt"a 1:3 hesabı ilə uduzub. "Zirə" isə lider "Qarabağ"ın qonağı olub. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

10 noyabr (bazar)

“Sabah” – “Sumqayıt” - 1:3

Qollar: Ulisse Diallo, 32 - Peyman Babayi, 56, Mehdi Şərifi, 76, Əmir Ağayev, 90+5

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rövşən Rəcəbov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Şaiq Həmidov

“Bank Respublika Arena”, 16:30

 

“Qarabağ” – “Zirə” - 1:1

Qollar: Maqaye Qeye, 5 - Riçard Qadze, 69

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Səbuhi Bayramov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Xəbər xətti