Prosineçki onu təlxək adlandıran Beqoviçin cavabını verdi

Bosniya və Herseqovina miillisinin baş məşqçisi Robert Prosineçki "Qarabağ"ın qapıçısı Asmir Beqoviçin atası Amir Beqoviçin onunla bağlı yazdığı ittihamlara münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 32 yaşlı qolkiperi yığmaya çağırmamasının səbəbini izah edib: "İttihamlarla bağlı mən də eşitmişəm. Beqoviç uzun müddət oynamadı. Çıxış yolu tapdı və "Qarabağ"a getdi. Orada da çox yaxşı oynayır. Biz bundan məmnunuq. Hər kəsin öz fikirləri var, o cümlədən Amir Beqoviçin də ittiham etmək hüququ var. Mən buna çox əhəmiyyət vermirəm. Bilirik ki, milli komanda üçün əlimizdən gələni edirik".

 

Amir Beqoviç sosial şəbəkə hesabında yazdığı şərhdə oğlunun yığmadan kənarda qalmasına baş məşqçi Robert Prosineçki yox, Bosniya və Heresqovina Futbol İttifaqının prezidenti Elvedin Begiçin qərar verdiyini qeyd edib. Amir 50 yaşlı mütəxəssisi təlxək adlandırıb.

Tarix: 14 Noyabr [16:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Dekabr 2019
15  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio