"Qarabağ"ın futbolçusu qələbəni kənardan izlədi

11:27 - 18 Noyabr 2019

AÇ-2020-nin seçmə mərhələsinin 10-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçevin çıxış etdiyi Bolqarıstan milli komandası evdə Çexiyanı 1:0 hesabı ilə məğlub edib.

 

Zədəsini sağaldan Slavçev qarşılaşmanı ehtiyat oyunçular skamyaslndan izləyib.

 

Bolqarıstan seçmə mərhələni 6 xalla tamamlayıb və 5 komanda arasında 4-cü olub. İngiltərə və Çexiya milliləri final mərhələsinə adlayan kollektivlər olub.

Xəbər xətti