Azərbaycanla oyun öncəsi dəyişiklik

16:53 - 18 Noyabr 2019

AÇ-2020-nin seçmə mərhələsinin sonuncu turunda Azərbaycanı qəbul edəcək Slovakiya yığması daha bir itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, qapıçı Dominik Qreyf zədə səbəbindən yığmanın düşərgəsindən ayrılıb. "Slovan"ın qolkiperinin əvəzinə milliyə "Jilina"nın qapıçısı Dominik Holek dəvət edilib.

 

Xorvatiya ilə görüşdə qırmızı vərəqə alan Robert Mak da Azərbaycana qarşı oynamayacaq.

 

Slovakiya - Azərbaycan oyunu sabah Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Xəbər xətti