Domeniko Tedesko Ayaz Quliyevlə bağlı suala sərt cavab verdi

14:29 - 22 Noyabr 2019

Rusiyanın "Spartak" klubunun baş məşqçisi Domeniko Tedesko komandanın azərbaycanlı futbolçusu Ayaz Quliyevlə bağlı danışıb.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı mütəxəssis mətbuat konfransında "Ayaz Quliyevi bəyənmədiyiniz üçün şans vermirsiniz" sualına sərt cavab verib: 

 

"Mən başa düşmürəm. Nə demək istəyirsən, onu bəyənmirəm? Bu cür sualları hardan çıxardığınızı bilmirəm, özünüz belə düşündünüz? Mən belə sualları sevmirəm. Ayaz Quliyevlə bağlı eyni mövqedəyəm. Onu kimin yerində oynadım, Umyarovun? Oyunçuya qarşı deyiləm, amma üstünlük verdiyim futbolçunun tərəfdarıyam. Bu, Quliyevin pis futbolçu olması anlamına gəlmir. Hər kəsin gec-tez bir şansı olacaq".

 

İtaliyalı mütəxəssis mövsümün gedişində Moskva təmsilçisinin baş məşqçisi təyin edilib.

Xəbər xətti