Zaur Axundovdan Tərlan Əhmədova "yaşıl işıq"

16:16 - 22 Noyabr 2019

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov klub rəhvərliyindən qış fasiləsində heyətin gücləndirilməsini tələb edib.

 

Sportal.az-ın məlumatına görə, Müşahidə Şurasının rəhbəri ilə görüşən 48 yaşlı mütəxəssis üç transfer tələb edib. O, yarımmüdafiə və hücum xəttində alternativlərin çox olmasını istəyib. Zaur Axundov baş məşqçinin tələbini yerinə yetirəcəklərini və qış fasiləsində heyətin gücləndiriləcəyini bildirib. O, yaradılmış şəraitin qarşılığında çempionatda ilk üçlüyü hədəf qoyduqlarını bir daha Tərlan Əhmədovun diqqətinə çatdırıb.

 

"Keşlə" Premyer Liqada 11 turdan sonra 19 xalla 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti