Nazarov qol vurdu, komandası qalib gəldi - VİDEO

01:06 - 23 Noyabr 2019

Almaniya II Bundesliqasında 14-cü tura start verilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” evdə “Sankt Pauli”ni 3:1 hesabı ilə məğlub edib.

 

Nazarov start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib. Milliləşdirilmiş futbolçu matçın 24-cü dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə komandasının 2-ci qolunu vurmağa nail olub. 29 yaşlı futbolçu bu mövsüm 6-cı qolunu vurub.

 

"Aue" yarış cədvəlinin turnir cədvəlində 23 xalla 3-cü pillədə qərarlaşıb.

 

Xəbər xətti