Kamran Əliyev komandasını məğlubiyyətdən xilas etdi - VİDEO

12:41 - 24 Noyabr 2019

Rusiya 1-ci divizionunda 25-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Əliyevin çıxış etdiyi “Ximki” səfərdə "Krasnodar-2" ilə heç-heç edib - 2:2.

 

Oyuna ikinci hissədə daxil olan Kamran 85-ci dəqiqədə vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib.

 

21 yaşlı hücumameyilli futbolçu bu mövsüm vurduğu qolların sayını 8-ə çatdırıb. "Ximki" 50 xalla 3-cü pillədə qərarlaşıb.

 

Xəbər xətti