"Sevilya" - "Qarabağ" oyununun hakimləri açıqlandı

16:05 - 25 Noyabr 2019

Avropa Liqasının qrup mərhələsinin V turunda keçiriləcək “Sevilya” – “Qarabağ” matçının hakimləri açıqlanıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanı isveçli FIFA referisi Məhəmməd Əl-Hakim idarə edəcək. Ona Fredrik Kliver və Mahbod Beygi kömək edəcək. Dördüncü hakim funksiyasını isə Martin Strömberqsson yerinə yetirəcək.

 

Noyabrın 28-də keçiriləcək “Sevilya” – “Qarabağ” oyunu saat 00:00-da start götürəcək.

Xəbər xətti