UEFA yenə "Qarabağ"a ödəniş etdi

17:47 - 25 Noyabr 2019

UEFA-nın klub yarışları komitəsinin 2019-cu il avqustun 29-da Monakoda keçirilmiş iclasında 2018/2019-cu il mövsümündə Avropa Liqası klublarından mövsümün əvvəlində tutulan məbləğin ödənilməsi ilə bağlı paylanma qaydası təsdiqlənib.

 

Sportal.az xəbər verir ki, klublar üçün məbləğin "market pool" nisbətində paylanacağı razılaşdırılıb. “Qarabağ”a ayrılan 159 698 avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.

Xəbər xətti