“Qarabağ”ın futbolçusuna 3 oyunluq cəza, 2400 manat cərimə

15:00 - 26 Noyabr 2019

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Premyer Liqanın 12-ci turunun “Sumqayıt” – “Qarabağ” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

 

Oyunun 72-ci dəqiqəsində “Qarabağ” klubunun futbolçusu İsmayıl İbrahimli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur.

 

Premyer Liqanın 12-ci turunun “Səbail” – “Sabah” matçının 86-cı dəqiqəsində “Səbail” klubunun futbolçusu Adil Nağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

 

Oyun başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.

 

Premyer Liqanın 12-ci turunun “Zirə” – “Keşlə” matçının 60-cı dəqiqəsində “Keşlə” klubunun futbolçusu Sezar Meza Kolli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur.

 

Birinci divizionun 11-ci  turunun “Kəpəz” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Birinci divizionun 11-ci  turunun “Turan Tovuz” – “Qarabağ-2” matçında “Qarabağ-2”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Birinci divizionun 11-ci turunun MOİK – “Səbail-2” matçı “Səbail-2”nin səhlənkarlığı ucbatından 10 dəqiqə gec başladığı üçün klub 80 manat cərimə olunur.

 

MOİK komandası oyunun video çəkilişini aparmadığına görə 80 manat cərimə olunur.

Xəbər xətti