"Qarabağ" Sevilyaya yola düşdü - FOTOLAR

15:50 - 26 Noyabr 2019

Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Sevilya” ilə qarşılaşacaq “Qarabağ” bu gün İspaniyaya yollanıb.

 

“Köhlən atlar” saat 16:00-da çarter reysi ilə yola düşüb. Təyyarənin uçuşdan 6 saat 35 dəqiqə sonra Sevilya hava limanına eniş etməsi gözlənilir.

 

Noyabrın 28-də keçiriləcək “Sevilya” – “Qarabağ” matçı saat 00:00-da start götürəcək.

 

Fotolar: Sportal.az

 

Xəbər xətti