"Qarabağ" Sevilyada - FOTOLAR

00:00 - 27 Noyabr 2019

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Sevilya”nın qonağı olacaq “Qarabağ” İspaniyaya çatıb.

 

Bakıdan saat 16:00-da çarter reysi ilə İspaniyaya yollanan Ağdam təmsilçisi 6,5 saatlıq uçuşdan sonra bir qədər əvvəl mənzil başına çatıb.

 

Sabah Bakı vaxtı ilə 21:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, bundan 20 dəqiqə sonra isə komandanın açıq məşqi olacaq.

 

Noyabrın 28-də “Xuan Sançes Pisxuan” stadionunda keçiriləcək “Sevilya” – “Qarabağ” matçı saat 00:00-da start götürəcək.

 

Fotolar: Sportal.az

 

Xəbər xətti