İspanlar "Qarabağı"n "Atletiko"ya yaşatıqlarını xatırladı

15:15 - 27 Noyabr 2019

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə “Yuventus”a uduzan (0:1) “Atletiko” növbəti mərhələyə vəsiqə qazanmaq işini çətinə salıb.

 

Sportal.az xəbər verir ki, qrupda 7 xalla 2-ci olan Madrid klubunun növbəti turda büdrəməsi turnirlə vidalaşmağına səbəb ola bilər.

 

6 xalla qrup üçüncüsü olan “Bayer” son turda “Yuventus”a qalib gəlsə və “Atletiko” Moskva “Lokomotiv”i ilə görüşdə xal itirsə, madridlilər ÇL-də mübarizəni başa vuracaq.

 

Bununla bağlı yazan İspaniya mətbuatı  2017-18 mövsümündə “Qarabağ”ın “Atletiko”ya yaşatdıqlarını xatırladıb: “Turindəki məğlubiyyət o deməkdir ki, “Atletiko”un qrupdan çıxması çətinləşib. Komandanın növbəti tur “Lokomotiv”lə oyunda büdrəməsi Çempionlar Liqası ilə vidalaşmağına səbəb ola bilər. Artıq səmada “Qarabağ”ın yaşatdığı qorxu görünür”.

 

2017-18 mövsümündə "Qarabağ"la hər iki görüşdə heç-heçə edən (0:0, 1:1) "Atletiko" qrupda 3-cü yeri tutaraq Çempionlar Liqası ilə vidalaşmışdı.

Xəbər xətti