"Sevilya" - "Qarabağ" oyununa neçə bilet satılıb?

12:53 - 28 Noyabr 2019

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Sevilya” ilə qarşılaşacaq.

 

İspaniya təmsilçisinin mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə,  satışa çıxarılan biletlərdən 18 mini satılıb.

 

Stadionda 100-ə yaxın azərbaycanlı azarkeşin olacağı gözlənilir.

 

Qarşılaşmanın keçiriləcəyi “Ramon Sanşes Pisxuan” stadionunun tutumu 42 min 714 nəfərdir.

 

“Sevilya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Xəbər xətti