Azər Əliyev qol ötürməsi ilə ən yaxşı futbolçu seçildi - VİDEO

13:47 - 1 Dekabr 2019

Rusiya Premyer Liqasında 18-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular – Azər Əliyevlə Turqay Möhbalıyevin şərəfini qoruduğu “Ufa” səfərdə “Krılya Sovetov”a 1:0 hesabı ilə qalib gəlib.

 

Başqırdıstan təmsilçisinin yeganə qolunun ötürməsini Azər Əliyev verib. 90 dəqiqə meydanda olan Əliyev matçın ən yaxşı futbolçusu seçilib.

 

Əsas heyət üzünə həsrət qalan Möhbalıyevin adı isə yenə də iştirak ərizəsinə salınmayıb.

 

“Ufa” 18 turdan sonra aktivindəki 22 xalla 6-cı pillədə qərarlaşıb.

 

Xəbər xətti