Kloppdan Sanço açıqlaması

17:17 - 5 Dekabr 2019

"Liverpul"un baş məşqçisi Yürgen Klopp Dortmund "Borussiya"sının vingeri Ceydon Sançonun mümkün keçidi barədə fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, almaniyalı məşqçi 19 yaşlı futbolçunu tərifləyib, amma transfer xəbərinin şayiədən başqa bir şey olmadığını deyib.

 

"Bizdə bu barədə ümumiyyətlə söhbət olmayıb. Sanço ilə bağlı şayiələr həqiqət olsaydı, bunu yalnız bir neçə insan bilərdi”.

 

Avropanın bir neçə aparıcı klubunun maraq dairəsində olan İngiltərə millisinin gənc üzvü cari mövsüm Bundesliqada 11 oyunda meydana çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.

Xəbər xətti