Ramil Şeydayev "Dinamo"dan ayrılır

13:10 - 6 Dekabr 2019

Azərbaycan millisinin üzvü Ramil Şeydayev Moskva "Dinamo"nu tərk etməyə hazırlaşır. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Sportal.az xəbər verir ki, səbəb gənc forvardın heyətə düşə bilməməsidi. Son iki ada cəmi iki görüşdə meydana çıxan futbolçu daha çox oynaya biləcəyi kluba getmək istəyir.

Keçən yay "Krılya Sovetov"dan "Dinamo"ya keçən Ramil 8 matçda qol hesabını aça bilməyib. Onun Moskva klubu ilə müqaviləsinin müddəti gələn ilin yayına qədərdi.

Xəbər xətti