Biliçdən türklərə "göylə getməmək" məsləhəti

15:56 - 6 Dekabr 2019

Hazırda "Vest Bromviç"i çalışdıran Xorvatiya yığması və "Beşiktaş"ın sabiq baş məşqçisi Slaven Biliç AÇ-2020-nin Bakıda keçiriləcək A qrupunu dəyərləndirib.

Sportal.az xəbər verir ki, o, Türkiyə millisinin "göylə getməməli" olduğunu deyib, maraqlı fikirlər səsləndirib.

"Türkiyə yığmsında təcrübəli futbolçularla birlikdə yaxşı heyət formalaşdırılıb. Ancaq təvazökar olmaq və sadəcə futbola köklənmək lazımdı. Çox işləmək və nizam-intizam ən vacib şərtlərdən biridi. Türkiyə AÇ-2016-dakı uğursuzluqdan dərs çıxarmalıdı. Ömrünüzdə bir dəfə Fransa millisinə qalib gələ bilərsiz. Ancaq bu, İtaliyadan güclü ola biləcəyiniz anlamına gəlməməlidi. Çox böyük səhv etmiş olarsız. Əlbəttə, türklərin italyanlara qarşı oyunda əzmkarlıq göstərəcəklərini hamımız bilirik. Türklər adətən çox tez "göylə getmək"lə səhvə yol verirlər. Arxayın olmaq, göylərdə dolaşmaq lazım deyil. Bu qrup hər bir sürprizə açıqdır. İsveçrə və Uels kimi sağlam, güclü və yaxşı futbolçuları olan rəqibləri də yaddan çıxarmaq yanlışdır".

Xəbər xətti