AFFA İcraiyyə Komitəsi yığışır - hansı məsələlər müzakirə olunacaq?

19:37 - 6 Dekabr 2019

Dekabrın 13-də, AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Saat 10:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

- Gəncə şəhər stadionunun ərazisində yeni, standart ölçülü (105x68 m.) süni örtüklü məşq meydanının inşasının başa çatması ilə bağlı məlumat
- Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri ilə əlaqədar müzakirə
- Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin Avro-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı
- Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə bağlı hesabat
- “Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklərin müzakirəsi
- Avro-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat
- AFFA-nın Fair Play mükafatının təsis olunması və Əsasnaməsinin hazırlanması
- “Azərbaycan Futbolunun Etik Kodeks”inin hazırlanmasının müzakirəsi
- AFFA-nın Futbol Veteranları Fondunun Əsanaməsinə uyğun olaraq müvafiq şəxslərə təqaüdün ayrılmasının müzakirəsi
“Elit Məşq” kitabı ilə bağlı məlumat
- AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərin hazırlanması
- “Qəbələ” Futbol Klubu ilə bağlı müzakirə
- AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi

Xəbər xətti