Xəzər Mahmudov: "Özümü Premyer Liqaya hazır hiss edirəm" - MÜSAHİBƏ

21:47 - 6 Dekabr 2019

Premyer Liqanın 14-cü turunda “Qarabağ”la səfərdə heç-heçə (2:2) edən “Keşlə”nin hücumçusu Xəzər Mahmudov jurnalistlərə müsahibə verib.

Sportal.az xəbər verir ki, gənc hücumçu öncə oyunu şərh edib:
 
- İlk oyunum olduğu üçün bir az həyəcan var idi. Matçın çətin keçəcəyini gözləyirdik. Belə də oldu. “Qarabağ” kimi komandadan xal ala bildik. Baş məşqçi Tərlan Əhmədov çox sağ olsun, belə oyunda mənə şans verdi. Əlimdən gələni etməyə çalışdım.
 
- Rəqibin “Qarabağ” olması səni motivasiya edirdi?
- Hamı “Qarabağ” kimi komandaya qarşı oynamaq istəyər. Motivasiyam çox yaxşı idi. Meydana çıxıb, oynadım. Necə oynadığımı isə Tərlan müəllimdən soruşsanız, daha yaxşı olar.
 
- Tərlan Əhmədov ehtiyat qüvvəsinin az olduğundan şikayətlənir. Lorenso Frutosa layiqli əvəzləyici ola bilərsən?
- Bunu baş məşqçiyə sual vermək daha məqsədəuyğun olar. Özümü Premyer Liqa üçün hazır hiss edirəm. Rəqabətə hər zaman hazıram.
 
- Ölkə kubokunda iki qol vurmuşdun. Bunun ardını gətirə biləcəksən?
- İnşallah. Öz üzərimdə çalışmağa davam edəcəm. İnanıram ki, bundan da yaxşı olacaq.
 
- “Qarabağ”dan bu gün 1 xal aldınız. Ölkə kubokunda bu rəqiblə bacara bilərsiniz?
- Bunu gələcək oyunlar göstərəcək. İnşallah keçərik. Mübarizə aparmaq olar. Məğlubedilməz komanda yoxdur. “Qarabağ”ı məğlub edib, kubokda mərhələ keçərik.

Xəbər xətti