Dani Kintana: "Qısa müddətdə eyni komandaya qarşı ardıcıl bir neçə dəfə oynamaq xoşuma gəlmir" - MÜSAHİBƏ

22:22 - 6 Dekabr 2019

Premyer Liqanın 14-cü turunda “Keşlə” ilə evdə 2:2 hesablı heç-heçə edən “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az xəbər verir ki, 32 yaşlı ispaniyalı yarımmüdafiəçi öncə oyunu şərh edib:
 
- Çətin oyun oldu. “Keşlə” yaxşı oyadı. Əgər rəqib 2-ci yerdədirsə, deməli, bəlli oyununa görə bu yerdədir. Öz güclərinə görə bura layiqdirlər. Həftənin bazar ertəsi oynamışdıq. Bilirəm ki, “Keşlə” də 2-3 gün öncə oynayıb. Buna görə də yorğunluq var idi. Məncə, onlar fərqli heyətlə oynamışdı. Buna baxmayaraq, yorğunluq var idi. Xal itirdik, amma pozitiv düşünməli və irəli baxmayaraq.
 
- “Keşlə” ilə qarşıda ölkə kuboku çərçivəsində daha iki oyun keçirəcəksiniz. Qısa müddətdə bir komanda ilə üç dəfə qarşılaşmağı necə şərh edə bilərsiniz?
- Fikrimi bilmək istəyirinizsə, qısa müddətdə eyni komandaya qarşı ardıcıl bir neçə dəfə oynamaq xoşuma gəlmir. Şəxsən xoşlamıram. Bir-birimizi yaxşı tanıyacağıq.
 
- Komandada psixoloji gərginlik olduğu görünür.
- Həddən artıq çox oyunlar keçirmişik. Yorğunluq aydın məsələdir, çünki ayrı yarışladır. Ancaq psixoloji gərginlik görmürəm. Azərbaycanda yeganə komandayıq ki, digər komandaların bir ilə oynadığı matçları biz yarım mövsümə keçirmişik. Mövsümə iyuldan başlamışıq və təxminən 28 oyun edir və bu da çoxdur. Keçən il bu vaxt liderdən 3 xal geri idik. İndi isə 6 xal irəliyik. Pozitiv məqamları da görməlisiniz. 
 
- “Qarabağ” “Düdelanj”ı yenə məğlub edə biləcək?
- Qalib gələ bilərik. Evdə oynayırıq. Azarkeşlər layiqdir. Hər oyun bizə fanatlar dəstək olur. İstəyirik ev oyununda onlara qələbə bəxş edək.
 
- “Qarabağ” son 6-7 oyunda cəmi 1 qələbə qazansa da, hələ də liderdir. “Keşlə” və “Neftçi” sizinlə çempionluq uğrunda mübarizə apara biləcək?
- Xal fərqinin çox olması mövsümə uğurlu başlamağımızla əlaqəlidir. İlk 7 turda qalib gəldik. “Neftçi” bizimlə sona qədər çempionluq uğrunda mübarizə aparacaq. “Keşlə” bu gün məni yaxşı mənada təəccübləndirdi.
 
- İlk hissənin sonlarında hakimdən penalti tələb edirdiniz.
- Təkrara baxmalıyam, fikrimcə, mənə toxundu, penalti idi.

Xəbər xətti