Rocerslə müqavilə uzadıldı

12:31 - 7 Dekabr 2019

İngiltərənin “Lester Siti” klubu baş məşqçisi Brendan Rocerslə müqaviləni uzadıb.

 

Sportal.az xəbər verir ki, şimali irlandiyalı mütəxəssislə 2025-ci ilin iyununa qədər sözləşmə imzalanıb.

 

Rocers yayda "tülkülər"in çalışdırıcısı təyin edilmişdi. Komanda hazırda Premyer Liqadanın turnir cədvəlində 2-cidir.

Xəbər xətti