"Qarabağ" Beqoviçin alternativini tapdı - 200 minlik təklif

16:16 - 7 Dekabr 2019

"Sent-Mirren"in qapıçısı Vatslav Qladki yenidən "Qarabağ"ın maraq dairəsindədir.

 

Sportal.az xəbər verir ki, çexiyalı qolkiperin transferi üçün Şotlandiya klubuna 200 min funt-sterlinq təklif edilib. Yerli media həmin komandanın "Qarabağ" olduğunu iddia edib. "Sent-Mirren" 29 yaşlı qapıçını qışda satmaq istəmir.

 

Qış fasiləsində Asmir Beqoviçlə yollarını müqaviləsi başa çatacaq "Qarabağ" Qladkini bosniyalıya alternativ görür.

Xəbər xətti