Füzuli Məmmədov: "Vacib qələbə qazandıq"

20:25 - 8 Dekabr 2019

"Neftçi”nin məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 14-cü turunda "Sabah”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında fikirlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, o, qələbəni şərh edib:

 

"Çətin oyun oldu. Apardıqları mübarizəyə, məşqçimizin tapşırıqlarını yerinə yetirdiklərinə görə futbolçuların hər birinə təşəkkürümü bildirirəm. Çox çətin oyunda vacib qələbə qazandıq. Bu münasibətlə bütün komanda üzvlərini, "Neftçi”sevərləri, azarkeşlərimizi təbrik edirəm. Baş məşqçimiz texniki zonada olmasa da, yanımızda idi, bizə dəstək verirdi. Onun tapşırıqlarını maksimum dərəcədə futbolçulara çatdırmağa çalışdıq”.

Xəbər xətti