Mbappe PSJ-dən ayrılmaq istəyir

11:52 - 12 Dekabr 2019

PSJ-nin hücumçusu Kilian Mbappe komandada qalmaq istəmir.

 

Sportal.az xəbər verir ki, 20 yaşlı forvard Paris klubundan ayrılmaq qərarına gəlib. Fransalı futbolçu Paris təmsilçisi ilə müqaviləni uzatmaq fikrində deyil.

 

Mbappenin “Real”a keçmək istədiyi iddia edilib. Onun PSJ ilə müqaviləsi 2022-ci ilin iyununa qədərdir.

Xəbər xətti