"Düdelanj" "Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq

12:30 - 12 Dekabr 2019

“Düdelanj” Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda Bakıda “Qarabağ”la qarşılaşacaq.

Sportal.az xəbər verir ki, Lüksemburq təmsilçisi meydana baş məşqçisiz çıxacaq.

Buna səbəb komandanın çalışdırıcısı Bertran Krassonun sarı vərəqə limitini dolduraraq, cəzalı duruma düşməsidi. Oyunu tribunadan izləyəcək Krasson komandanı meydana çıxaracaq köməkçisi Lehit Zeqdaneylə telefon və ya ratsiya ilə əlaqə quracaq.

Bu gün keçiriləcək “Qarabağ” – “Düdelanj” oyununa saat 21:55-də start veriləcək.

Xəbər xətti