"Düdelanj"ın hələ ölmədiyini göstərmək məcburiyyətindəyik"

13:19 - 12 Dekabr 2019

"Düdelanj"ın baş məşqçisi Bertran Krasson Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la matçdan əvvəl açıqlama verib.

Sportal.az xəbər verir ki, cəzalı olduğu üçün bu oyunda iştirak etməyəcək Daniel Sinaninin də ciddi itki olduğunu deyib:

"Heç bir futbolçu əvəzedilməz deyil. Ancaq bombardirimiz Daniel Sinaninin yoxluğu bizim üçün ciddi itkidi.

"Qarabağ"dan Riçard Almeyda ilk oyunda bizə ciddi problemlər yaratdı. Onun oyununa müdaxilə edə bilmədik və matçın əsas açarı idi. Matç zamanı meydana kimlərin çıxması önəmli deyil. Qürurlu oynamaq və "Düdelanj"ın hələ ölmədiyini göstərmək məcburiyyətindəyik".

Bu gün keçiriləcək "Qarabağ" - "Düdelanj" matçı saat 21:55-də start götürəcək.

Xəbər xətti