"Fənərbağça" "Milan"ın futbolçusunu icarəyə götürür

15:20 - 12 Dekabr 2019

Rikardo Rodrigez qışda "Milan"ı tərk edə bilər. 

Sportal.az "Milliyet"ə istinadən xəbər verir ki, onun xidmətində "Fənərbağça" maraqlıdı. İstanbul klubu A Seriyası təmsilçisində heyətə düşməkdə çətinlik çəkən sol cinah müdafiəçini heyətinə qatmaq istəyir. 27 yaşlı isveçrəli özü də "Milan"ı tərk etmək niyyətindədi. "Fənərbağça" qış transfer məncərəsi zamanı keçidi bitirməyə çalışacaq.

Rodrigez 2017-ci ildən "Milan"da çıxış edir.

Xəbər xətti