Metronun iş vaxtı uzadıldı - "Qarabağ"ın oyununa görə

16:49 - 12 Dekabr 2019

Avropa Liqasının qrup mərhələsində bu gün Bakıda keçiriləcək "Qarabağ" - "Düdelanj"  oyunu ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq.

Sportal.az "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti nə istinadən xəbər verir ki, qarşılaşmanı arenadan canlı izləyəcək tamaşaçılar 00:30-a qədər metropolitenin "Gənclik" stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər.

Digər stansiyaların girişi adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:55-də başlayacaq.

Xəbər xətti