İK-nin iclasından sonra brifinq və mətbuat konfransı keçirilməyəcək

21:13 - 12 Dekabr 2019

Dekabrın 13-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçiriləcək.

 

Sportal.az xəbər verir ki, AFFA-nın rəsmi saytı iclasdan bir gün öncə maraqlı açıqlama yayıb.

 

Qeyd olunur ki, iclasda qəbul olunacaq qərarlar qurumun rəsmi saytında – affa.az-da yerləşdiriləcək. İclasdan sonra brifinq və mətbuat konfransının keçirilməsi isə nəzərdə tutulmayıb.

 

Gündəlikdə 13 məsələyə baxılacaq:

 

- Gəncə şəhər stadionunun ərazisində yeni, standart ölçülü (105×68 m.) süni örtüklü məşq meydanının inşasının başa çatması ilə bağlı məlumat

 

- Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri ilə əlaqədar müzakirə

 

- Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin AÇ-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı

 

- Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə bağlı hesabat

 

- “Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklərin müzakirəsi

 

- AÇ-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat

 

- AFFA-nın “Feyr Pley” mükafatının təsis olunması və Əsasnaməsinin hazırlanması

 

- “Azərbaycan Futbolunun Etik Kodeks”inin hazırlanmasının müzakirəsi

 

- AFFA-nın Futbol Veteranları Fondunun Əsanaməsinə uyğun olaraq müvafiq şəxslərə təqaüdün ayrılmasının müzakirəsi

 

- “Elit Məşq” kitabı ilə bağlı məlumat

 

- AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərin hazırlanması

 

- “Qəbələ” Futbol Klubu ilə bağlı müzakirə

 

- AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi.

Xəbər xətti